image-361480_crop_0backend

ABŞ prezidenti Co Bayden qondarma erməni «soyqırımını» tanıyıb

image-reklam_sirab_01

24 aprel tarixində ABŞ prezidenti Co Bayden ermənistanın qondarma soyqırımın tanınması ilə bağlı bəyanat verib. Amerika prezidentinin atdığı bu addım ikili standartların təzahürüdür. 100 il bundan öncə uydurulmuş yalançı soyqrım haqqında bəyanatlar yayarkən 30 ilə yaxın müddət ərzində erməni vandalları tərəfindən törədilmiş Xocalı, 31 mart soyqırımlarına hələdə ədalətli qiymət verilmir. 1915-ci ildə baş verənlər hərkəsə məlumdur, bu cür aktlar bəyanatlar tarixi gizlətməyə çalışmaqdır, bu işlərin aparılması məhz o tarixçilərə məxsusdur siyasətçilərə deyil. Hər daim özünü təhqir edilən ölkə kimi qələmə verən ermənistan vaxtilə Türkiyənin hadisələri yaxından araşdırmaq təklifini rədd edib. Bunun səbəbi isə gerçəkləri gizləmək, «uğurlu» siyasət qurmaqdır. Bu cür bəyanatın ABŞ prezidenti tərəfindən verilməsi regionda əlaqələrə mənfi təsir göstərəcək. Əgər bu qondarma soyqırımdan bıhs edilirsə, o zaman ermənilərin Türklərə və Azərbaycan xalqına qarşı törətdiyi istehkamlardan, terrorlardanda danışmaq lazımdır. Bu soyqırımlar dünya müstəvisində tanınır lakin bəzi ikili standart siyasəti yeridən siyasətçilər bunu qəbul etmirlər. Burda heç bir xeyir iş yoxdur. Tarixə nəzər salınsa və gerçəklər göz ardı edilməsə, ədalətli qiymət verilsə problemlər həll olunacaq. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun 1915-ci il hadisələrinin «soyqırım» kimi tanınmasının «həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi hesablamalara söykənən böhtan» kimi səciyyələndirib və Türkiyə həqiqətləri üzə çıxarmaq üçün bütün imkanlardan istifadə edib lakin erməni tərəfi razılaşmayıb çünki onlar həqiqətləri özləri başa düşürlər. Bu isə onların ABŞ kimi güclü dövlət ilə əlaqə qurmasının qarşısını alacağı üçün geri addım atırlar. Əgər bu cür bəyanatların məqsədi tarixi faktların obyektiv araşdırılmasıdırsa, o zaman bu cür hadisələr tarixçilər tərəfindən araşdırılmalı bəyan edilməlidir, siyasi istəklər üçün qondarma, əsassız soyqrımlar tanınmamalıdır.

Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi Hüseynli Elşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki