image-23c7977d-a4a5-3e2a-8836-5ed4f2ab6888_850backend

ABŞ Prezidenti Ukrayna lideri ilə danışa bilər

image-reklam_sirab_01

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak yaxın vaxtlarda ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında danışığın təşkilini zəruri hesab edirlər.

Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, davam edən dialoq çərçivəsində Yermak, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Sallivan, ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı aparıblar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki