image-0d189ec4-62de-385c-81eb-8a10bb563d2d_850backend

ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib

image-reklam_sirab_01

ABŞ Hərbi Dəniz Qüvvələri pilotsuz təyyarələrinin Qırmızı dənizdə İran hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

Bu barədə ABŞ-ın Beşinci Donanmasının nümayəndəsi bildirib.

“Mümkün olduqda əlavə məlumat veriləcək”, – o əlavə edib.

Bundan əvvəl İran dövlət televiziyası xilasedici jiletlərdə olan dənizçilərin iki “Saildrone Explorer” pilotsuz uçan aparatını yoxladıqlarını nümayiş etdirib.

“Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki