image-eff36ba1-407b-374c-bf19-059a24a375bd_850backend

ABŞ raket hücumu barədə peyk xəbərdarlıq sistemini işə salır

image-reklam_sirab_01

Avqustun 4-də ABŞ-ın yeni nəsil GEO 6-nın raket hücumu xəbərdarlığı sisteminin daha bir peykinin orbitə buraxılması planlaşdırılır.

Bu barədə “United Launch Alliance” (ULA) operator şirkəti məlumat yayıb.

Raket buraxılışı RD-180 mühərriki ilə təchiz edilmiş Atlas V daşıyıcısı ilə həyata keçiriləcək və bu gələn həftənin cümə axşamı Floridadakı “Cape Canaveral” Hərbi Hava Qüvvələri bazasından səmaya qalxacaq.

Qeyd edək ki, ULA “Boeing” və “Lockheed Martin” arasında Pentaqon üçün atışlar həyata keçirən müştərək müəssisədir.

Bu, ABŞ-ın köhnəlmiş erkən xəbərdarlıq sistemlərini əvəz etmək üçün orbitə buraxılan kosmos əsaslı infraqırmızı monitorinq sisteminin 10-cu peyki olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki