image-3fec95b8-4cd2-3f6c-8dd1-f687c08b8ba1_850backend

ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzvlüyünə səs verib

image-reklam_sirab_01

ABŞ Konqresinin Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyası haqqında qətnamə qəbul edib, səsvermə hələ də davam edir, lakin sənəd artıq onun təsdiqi üçün kifayət qədər səs toplayıb.

Bu barədə “Report” “C-SPAN” telekanalına istinadən xəbər verir.

Məlumata görə, Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ölkə Prezidenti həyata keçirir, Senat buna razılıq verir. Bundan sonra dövlət başçısı Cozef Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq.

Finlandiya və İsveçin NATO-ya daxil olması blokun bütün üzvləri tərəfindən ratifikasiya edilməlidir. Bu günə qədər alyansdakı 30 ölkədən 20-dən çoxu bunu edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki