image-37ef6c92-6861-3b13-8507-a768349278fb_850backend

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardımı təsdiqləyib

image-reklam_sirab_01

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib.

Bu barədə “Washington Post” məlumat yayıb.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatası tərəfindən dəstəklənməlidir.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Paketə 18 yeni HIMARS və dron əleyhinə sistemdən əlavə, yüzlərlə zirehli maşın və radar daxil olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki