image-8fcbe946-0097-3ca2-81d4-3ae8809ce02d_850backend

ABŞ Senatının komitəsi İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri təsdiqləyib

image-reklam_sirab_01

ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsi İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri təsdiqləyib.

Bu barədə adıçəkilən komitənin sədri Robert Menendes və senator Cim Rişin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, bundan sonra sənədlərə tam şəkildə Senatda baxılacağı planlaşdırılır. Amerika qanunvericiliyinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ABŞ Prezidenti həyata keçirir, Konqres Senatı buna razılıq verir. Bu, Amerika konstitusiyasında nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki