image-c21ce35d-88c7-4a15-87c7-400e79057d96backend

ABŞ Somalidə “Aş-Şabab”ın 27 yaraqlısını zərərsizləşdirib

image-reklam_sirab_01

ABŞ-ın Afrika Qüvvələri Komandanlığının (AFRICOM) məlumatına görə, Somalidə həyata keçirilən hava hücumu zamanı “Aş-Şabab” silahlı qruplaşmasının 27 üzvü öldürülüb.

ABŞ son aylarda Somaliyə xüsusi təyinatlı bölmələr yerləşdirib və bu ölkədə “Aş-Şabab” terror təşkilatına qarşı hava hücumlarını davam etdirir.

“ABŞ-ın Afrika Komandanlığı Somali federal hökumətinin müraciəti ilə Buulobard şəhəri yaxınlığında Somali Milli Ordusunun qüvvələrinə hücum edən “Aş-Şabab” terrorçularına qarşı hava hücumları təşkil edib. Hava hücumu nəticəsində 27 terrorçu öldürülüb. Heç bir mülki şəxs xəsarət almayıb”, – açıqlamada qeyd edilir.

“Bu, Somali Keçid Missiyası və Afrika İttifaqının son beş ildə həyata keçirdiyi ən böyük hücum əməliyyatıdır”, – məlumatda bildirilir.

“Aş-Şаbab” terror təşkilatı Somalidə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı sistemli şəkildə hücumlar təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki