image-01481bff-b1b4-3e4f-9003-84ae4964efb2_850-2backend

ABŞ Ukraynaya 10 milyard dollardan çox hərbi yardım edib

image-reklam_sirab_01

Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə kimi ABŞ-ın Kiyevə göstərdiyi hərbi yardımın ümumi həcmi 10 milyard dolları keçib.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

O, qeyd edib ki, son yardım paketi də daxil olmaqla, Ukraynaya hərbi dəstəyin ümumi məbləği təxminən 10,6 milyard dollar təşkil edib.

Dövlət katibi əmin edib ki, Amerika tərəfi danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirmək üçün Kiyevi əlavə sistemlər və silahlarla təmin etməyə davam edəcək.

“ABŞ-dan başqa, 50-yə yaxın ölkə Ukraynaya hərbi dəstək verir”, – Blinken əlavə edib.

Bundan əvvəl Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya 775 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasına dair memorandum imzaladığını açıqlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki