image-ad6c7df0-5117-3a3b-8ede-3ecdef6fe6ec_850backend

ABŞ Ukraynaya əlavə dörd HIMARS tədarük edə bilər

image-reklam_sirab_01

ABŞ 625 milyon dollarlıq yeni hərbi yardım paketinə Ukraynaya daha dörd HIMARS reaktiv yaylım atəşi sisteminin tədarükünü daxil edə bilər.

Bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

“Reuters” agentliyi isə bildirib ki, elan ediləcək yeni hərbi yardım paketinə HIMARS-dan əlavə döyüş sursatı, minalar və mina əleyhinə maşınlar daxil edilməlidir.

HIMARS yüksək mobil artilleriya raket atəş sistemidir. Sistem 227 mm-lik GPS ilə idarəolunan raketlər və ya bir ATACMS ballistik raket buraxa bilir. Modifikasiyadan asılı olaraq 300 km-ə qədər məsafədəki hədəfləri vurur.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya ümumi yardımı Cozef Baydenin prezidentliyi başlayandan bəri 6,9 milyard dollara çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki