image-b5039628-947c-363b-8bfd-8b13e6a87dc7_850backend

AEBA rəhbəri Ukrayna və Rusiyaya səfər edəcək

image-reklam_sirab_01

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi yaxın günlərdə Ukrayna və Rusiyaya səfər edəcək.

Rafael Qrossi yaxın vaxtlarda Ukraynanın paytaxtı Kiyevə, sonra isə Rusiyanın paytaxtı Moskvaya getməyi planlaşdırdığını açıqlayıb.

“Mən Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefonla danışdım, ümid edirəm ki, tezliklə Kiyevə gedəcəm və yəqin ki, daha sonra Rusiyaya səfər edəcəm”, – Qrossi brifinqdə deyib.

O, həmçinin bildirib ki, agentlik yaxın günlərdə Zaporojye Atom Elektrik Stansiyasındakı missiyasını genişləndirmək niyyətindədir.

“Biz missiyanı genişləndirmək niyyətindəyik, yaxın günlərdə onu artıracağıq”, – agentlik rəhbəri deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki