image-4ccc5ba0-5200-3849-b5ad-9bb759f90f57_850backend

Ağ Ev Baydenin işə nə vaxt qayıdacağını açıqlayıb

image-reklam_sirab_01

Koronavirusa yoluxmuş ABŞ Prezidenti Cozef Bayden azı 5 gün təcrid rejimində qalacaq və testinin nəticəsi mənfi olduqdan sonra işə qayıdacaq.

Bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ja bildirib.

“Hazırda plan onun azı 5 gün təcrid olunmasından, mənfi testdən keçdikdən sonra normal işinə qayıtmasından ibarətdir”, – Ja deyib.

Koordinatorun sözlərinə görə, Bayden həkimin ona təyin etdiyi “Pakslovid”i qəbul edərkən digər iki təyin olunmuş dərmanın qəbulunu dayandıracaq.

Baydendə burun axması, öskürək və zəiflik kimi yüngül simptomların olduğu bildirilir.

Ağ Ev Baydenin harada yoluxduğunu açıqlamağı öhdəsinə götürməyəcəyini, amma ABŞ Prezidentinin xəstələndiyi ştamla bağlı təfərrüatların bir həftə ərzində ictimaiyyətə açıqlanacağını qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki