image-baydenbackend

Ağ Ev Cozef Baydenin Pelosinin Tayvana səfəri ilə bağlı mövqeyini açıqlayıb

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər qərarına hörmətlə yanaşır.

Veteninfo xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi məlumat verib

Ağ Evdən bildirilib ki, Birləşmiş Ştatlar Çinlə münasibətlərdə böhranın olmasını istəmir və rabitə kanallarını açıq saxlayacaq.

“Prezident adətən Konqresin səyahət qərarlarını şərh etmir, lakin dediyim kimi, Bayden onun Tayvana səfər qərarına hörmət edir. Prezident hesab edir ki, bu, Amerikanın onilliklər boyu davam edən ikitərəfli siyasətinə tam uyğundur”, – Ağ Evin sözçüsü bildirib.

“Aydındır ki, biz bunu yaxından izləyəcəyik. Səfərin böhran və ya münaqişə üçün bəhanə olması və ya çinlilərin hansısa hərbi əməliyyata əl atmağa cəhd göstərməsi üçün heç bir səbəb yoxdur”, – Ağ Ev rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Çin mümkün “iqtisadi məcburiyyət” də daxil olmaqla Tayvana qarşı əlavə tədbirlər görməyə hazırdır.

Kirbi ABŞ-ın Qərbi Sakit okeanın dənizlərində və səmalarında fəaliyyətini davam etdirəcəyini də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki