image-3640fc84-90d9-3933-9df1-1b3b1c404730_850backend

Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb

image-reklam_sirab_01

ABŞ hakimiyyəti Rusiyada məhkum olunmuş Amerika vətəndaşları Britni Qrayner və Pol Uilanın vətənlərinə qaytarılması üçün lazım olan bütün addımları atmağa hazırdır, həmçinin Moskvanı bir daha Vaşinqtonun məhbus mübadiləsi təklifini qəbul etməyə çağırır.

“Veteninfo ” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Biz Rusiyanı bu təklifi qəbul etməyə çağırırıq. Soydaşlarımızın vətənə qayıtması üçün bütün lazımi addımları atmağa hazırıq ”, – Jan-Pyer bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki məhkəməsi cümə axşamı ABŞ basketbolçusu Britni Qrayneri narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki