image-reklam-veteninfo
image-photo-2022-02-16-16-56-27-1backend

Ağdam və Şuşaya avtobus marşrutları

image-reklam-veteninfo

 

2022 ci il Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Rəqəmsaln azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşurutları istifadəyə verilib.

Belə ki,ilk dəfə olaraq azad edilmiş ərazilərə sərnişin daşımaya start verilir: “Bütün bu işlərin başlıca məqsədi böyük qayıdışın təmin edilməsidir. Artıq, görülən işlər həmin ərazilərə sərnişindaşımaya da imkan verir”.   Marşurutlar istifadəyə verilmıdən öncə hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub: “Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilmədi planldırılıb. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Bakı-Şuşa-Bakı marşurutunun birtərəfli qiyməti 10.40 AZN, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək”. Sərnişindaşınmada sistemliliyin, növbəliliyin təmin olunması, kvotalara ciddi riayət edilməsi və müvafiq məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.bildirilib ki, növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək Vətəndaşların“Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet alma imkanları yaradılıb. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər”. Bütün şəxslərə il ərzində yalnız bir dəfə gediş imkanı veriləcək. Xüsusilə şəhid ailələri üzvləri, vətən müharibəsi iştirakçıları, milli qəhrəmanları üçün gedişlər ödənişsiz olacaq. Bilet satışları ilə bağlı xüsusi imtiyazlı şəxslərə 10 faiz güzəştlər tətbiq edilir. Sərnişinlərin COVID pasportu yoxlanılacaq. Qarabağ istiqamətinə marşurut xətti üçün nəzərdə tutulan avtobusların texniki göstərişlərinə ciddi diqqət edilib. Xüsusilə Şuşa istiqamətində yolları nəzərə alaraq əyləc sistemi xüsusi güclü olan avtobusların seçilməsinə üstünlük verilib.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

 

Hüseynli Billurə ADPU

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki