“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinə başlamışdır.
Layihədə əsas məqsəd Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində yerləşən tullantı poliqonu ərazisində tullantıların çeşidlənməsi bölməsi, hidravlik presləmə avadanlığı və yandırıcı avadanlıq ilə təchiz olunan məntəqənin inşası, kağız və plastik növlü tullantıların yenidən istifadə edilməsinə nail olmaqla yanaşı, həm də tibbi tullantıların təhlükəsiz şəraitdə yandırılmasının təşkil etməkdir.
Yeni tikilən məntəqə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən istifadə edilərək poliqondakı tullantıların azaldılması və əhalinin yerləşdiyi ərazinin ekoloji şəraitinin yaxşılaşdırılmasına xidmət göstərəcəyi planlaşdırılır.
“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev bu layihənin cari ilin noyabr ayında başa çatmasının planlaşdırıldığını qeyd etdi.


























