image-81backend

Agentlik bəzi xəstələrə özəl klinikalara göndəriş verilməməsinin səbəbini açıqlayıb

image-reklam_sirab_01

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi laparoskopik xolesistektomiya xəstəliyindən əziyyət çəkən vətəndaşa Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında əməliyyat olunmaq üçün göndəriş verilməməsinin səbəbini açıqlayıb.

Vətəninfo.az-ın xəbərinə görə, qurumun Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib ki, agentliyin həmin klinika ilə müqaviləsi aktivdir.

“Hazırda ATU-nun Tədris Cərrahiyə Klinikası bizə dəstək olaraq bir çox əməliyyatlar icra edir. Həmin xanım pasiyentin xəstəlik tarixçəsi agentliyin eskpertiza şöbəsi tərəfindən araşdırılıb. Nəticədə müəyyən olunub ki, təqdim edilən laborator analizlər və digər müayinələrin əməliyyatın təcili olmadığına əsas verib. Həmçinin müraciət edilən əməliyyat növü dövlət tibb müəssisələrində icra olunur. Bu səbəbdən həmin pasiyentə özəl tibb müəssisəsində əməliyyat üçün göndəriş verilməsindən imtina olunub. Yalnız təcili olan hallarda və dövlət xəstəxanalarında icra edilə bilməyən əməliyyatlar üçün özəl tibb ocaqlarına göndəriş verilir”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image