image-fa35709f-4e36-4baa-b032-9034f4a5fa84backend

Ağız qoxusundan necə qurtulmaq olar?

image-reklam_sirab_01

Ağız qoxusu problemi özünə inamını zədələyən problemlərdən biridir.

Veteninfo.az xəbər verir ki, pis qoxu şəkər xəstəliyi, sinusit və mədə problemləri, tənəffüs yolları xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı kimi səbəblərdən və ya qida və pəhriz kimi səbəblərdən də qaynaqlana bilər.

Pis qoxunu aradan qaldırmaqda sizə yardımçı olacaq təsirli üsulların bəzilərini təqdim edirik:

1. Bol su için və ac qalmayın

Su dilin qurumasının qarşısını alır və ağızdakı bakteriyaları azaldır. Ağız qoxusundan qurtulmaq üçün gündə ən azı 8 stəkan su içməlisiniz. Həmçinin gün ərzində ac qalmayın və tez-tez yemək yeyin.

2. Dilin üstünü də təmizləyin

Çox vaxt dişləri fırçalayan insanlar dili təmizləməyi unudur. Buna görə fırça ilə dilin arxasını təmizləməyi unutmayın.

3. Dişlərinizi fırçalayın

Dişləri gündə ən azı 2 dəfə 2 dəqiqə olmaqla fırçalayın. Qoxuya səbəb olan faktorlardan ən birincisi dişlə arasında yığılan və pis qoxuya səbəb olan qida qalıqlarının yaxşı təmizləməməsidir.

4. Mixək çeynəyin

Ağızda hər hansı qoxu hiss edirsinizsə, bir neçə mixək çeynəyin.

5. Qatıq yeyin

Qatıq ağzınızın pH səviyyəsi balanslaşdırılır, bakteriya və həddindən artıq turşu əmələ gəlməsinin qarşısı alınır. Səhər yeməyində yarım kasa qatıq yeyərək günə başladığınız zaman ağız qoxusu problemi aradan qalxacaq.

6. Darçın istifadə edin

Darçın ağız qoxusunu aradan qaldırmağın ən təsirli üsullarından biridir. Darçınlı içkilər içmək və ya darçın çeynəmək ağızdakı bakteriyalarla mübarizə aparmaqda və qoxunu aradan qaldırmaqda sizə kömək edəcək. Darçından yeməyə əlavə edərək də istifadə edə bilərsiniz.

7. Qarqara etmək

Yatmazdan əvvəl duzlu və içinə azca yod damcıladılmış su ilə qarqara edin. Bu səhər hiss etdiyiniz qoxu problemini zamanla azaldacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image