image-2022-08-25-4backend

Ağrı dağında qar qalmadı-DAĞDA QAR SÜRƏTLƏ ƏRİYİR

image-reklam_sirab_01

Türkiyənin 5137 hündürlüyü ilə ən yüksək nöqtəsi olan Ağrı dağının zirvəsindəki buzlaqlar gündən-günə kiçilməkdə davam etdir.

Vətəninfo.az xəbər verir ki, qardaş ölkə Türkiyənin İğdır və Ağrı vilayətləri sərhədləri içərisində yerləşən və 5137 hündürlüklə Türkiyənin ən yüksək nöqtəsi olan Ağrı dağının zirvəsindəki buzlaqlar gündən-günə əriməyə davam edir .Dünyaya təsir edən və Türkiyədə də təsirli olan qlobal istiləşmə Ağrı dağındakı buzlaqlara da təsir edib. Hər il dünyanın hər yerindən alpinist qruplar və turistlər tərəfindən  ziyarət olunan Ağrı dağı, həddindən artıq ərimə nəticəsində yay dırmanmasına ciddi təsir göstərə bilər.Bölgədə buzlaqların əriməsi nəticəsində torpaq sürüşməsi qorxusu yerli əhalidə də yaşanır.

image-2022-08-25-2

Qardaş ölkənin coğrafiyaşunaslarından  professor  Adəm Yulu Ağrı dağında ümumi buzlaq itkisinin olduğunu söyləyərək, “Ağrı dağı 5 min metr hündürlüyü ilə Şərqi Anadolunun ən yüksək dağıdır. Məlumdur ki, Ağrı dağı da bu yüksəkliyə görə Dördüncü buzlaşma dövründə şiddətli buzlaşmalara məruz qalmışdır.Bölgədə buzlaqların əriməsi nəticəsində torpaq sürüşməsi qorxusu yerli əhalidə də yaşanır”.  Professorun fikirinə görə 2000-ci illərin əvvəllərindən etibarən reqressiyanın getdikcə kəskinləşdiyi görünür. Meteorologiya stansiyasının məlumatlarına görə, son illərdə yağıntı dəyərlərində azalma və temperatur dəyərlərində nisbətən artım olduğu başa düşülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki