image-qiraq-kesemen-1backend

Ağstafa rayonunun  Qıraq Kəsəmən  kəndində kəndarası yolların əsaslı təmiri işləri aparılır

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində  Azərbaycanın bölgələrində müasir infrastrukturun yaradılması  daim diqqət mərkəzindədir. Bu kontekstdə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində reallaşdırılan işlər davamlı xarakter daşıyır. Belə ki, Ağstafa rayonunun  Qıraq Kəsəmən  kəndində kəndarası yolların əsaslı təmiri işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında uzunluğu 6 km olan Qıraq Kəsəmən kənd avtomobil yolunun tikinti işləri sürətlə davam edir. Hazırda kənd daxili yollarda  tikinti və asfalt beton örtüyünün salınması işləri ardıcıl olaraq həyata keçirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki