image-1234backend

AHİK şəhid ailələrinə Qurban bayramı sovqatı təqdim edib

image-reklam_sirab_01

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.
Ənənənin davamı olaraq iyunun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tapşırığı ilə Konfederasiyanın əməkdaşları Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röyal Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkiblər.

Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə şəhid ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb. Sonra bayram sovqatı şəhid ailələrinə təqdim edilib.
Ailə üzvləri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki