image-e21a3643backend

AHİK tərəfindən Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib

image-reklam_sirab_01

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalistlərlə görüş keçirib.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və tanınmış jurnalistlər iştirak ediblər.

Əvvəlcə Vətən uğurunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təbriklərini media nümayəndələrinə çatdıran Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu Azərbaycan mətbuatının inkişaf tarixindən söz açıb. Bildirib ki, böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub, xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb.

Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub.

Ulu Öndər Heydər Əliyev və dövlətimizin başçısı cənab İlham Əliyevin mətbuatın inkişafına göstərdikləri qayğıdan danışan şöbə müdiri bildirib ki, ölkəmizdə mətbuat və söz plüralizmi hərtərəfli təmin olunub.

A.Təvəkküloğlu qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib, ölkəmizdə dünyanın ən aparıcı və qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi mövcuddur.

“Atribut” qəzetinin baş redaktoru Bəradər Xanəliyev, “Xalq” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu və digərləri çıxış edərək milli mətbuatının yaranması və inkişafı yollarından, ölkəmizdə mövcud olan mətbuat və söz azadlığından, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən önəmli addımlarından, bu sahəyə dövlət qayğısından danışıblar və AHİK-in media ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndiriblər.

Daha sonra jurnalistlər üçün ziyafət təşkil olunub.

 

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi4

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki