image-reklam-veteninfo
image-13backend

Aİ Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrində islahatları dəstəkləyəcək

image-reklam-veteninfo

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək vermək niyyətini təsdiqləyir.

Vətəninfo.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Sammitin ikinci elementi bu tərəfdaşlığın gələcəyə yönəlməsi, əhalinin gözləntilərinə konkret cavab verilməsi üçün zəruri olan islahatlar prosesini dəstəkləmək niyyətlərini təsdiqləmək imkanıdır”, – deyə o bildirib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.

Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki