image-d6489345-2280-30bc-998d-1e754cd583f6_850-1backend

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

image-reklam_sirab_01

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Bakı və İrəvana səfər edəcək.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, – diplomat vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki