image-e5adab99-5252-4e41-b50d-5d02de1a74ef_850backend

Aİ Ukraynanın keçmiş prezidentinə qarşı yeni sanksiyalar tətbiq edib

image-reklam_sirab_01

Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra qarşı yeni sanksiyalar tətbiq edib.

“Veteninfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, Aİ Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq əlavə iki şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

2021-ci ilin martında Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun ətrafına qarşı sanksiyaların müddətini bir il müddətinə uzatmaq qərarına gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki