image-dcca6ab6-c0e3-4a42-af9e-1d9919b2aa72_850backend

Aİ Ukraynaya 5 milyard avroluq yardım paketi təqdim edəcək

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının iyun ayında elan etdiyi planın bir hissəsi kimi gələn həftə Ukraynaya 5 milyard avroluq növbəti yardım paketini təqdim edəcək.

bu barədə Avropa rəsmilərinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Ayrılan vəsait Ukrayna vətəndaşlarına maaş və müavinətlərin ödənilməsi də daxil olmaqla, təcili və təxirəsalınmaz xərclərin ödənilməsi üçün nəzərdə tutulacaq. Qeyd olunur ki, Aİ nümayəndələri onlayn rejimdə keçirilən görüşdə yeni paketin təfərrüatlarını razılaşdırıblar, həmçinin Ukraynaya qalan 3 milyard avroluq makroiqtisadi yardımın verilməsi mexanizminin işlənib hazırlanmasını davam etdirməyə razılaşıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki