Bir neçə gün öncə tanınmış aktrisa Xəyalə Quliyeva arıqlamaq üçün əməliyyat olunub. O, bu barədə İnstaqram hesabında məlumat yayıb. Lakin X.Quliyevanın paylaşımı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Ona bıçaq altına yatdığı üçün irad bildirənlər var.
Veteninfo.az sherq.az-a istinadən xəbər verir ki, yeni paylaşım edən aktrisa təkrar tənqid atəşinə tutulub. Bir izləyicisi sənətçiyə “Çox heyf. əvvəlki simanız daha yaxşı idi” rəyini yazıb.
X.Quliyevadan ona cavab gecikməyib:
“Doğrudan?! Əzizim, bu köhnə videodur, əməliyyatdan öncə çəkilib. Gördünüzmü, boş-boşuna irad bildirməyi sevirsiniz? Mütləq nəsə pis bir şey deməlisiniz. Bəziləri niyə belədir? Səmimi olmaq çoxmu çətindir?! Nə üçün yalandan pisləyirsiniz? İçinizi gözəlləşdirin”.