image-22backend

Aleksandr Perenciyev: “Azərbaycan Soçi görüşündə bütün məqsədlərinə nail oldu”

image-reklam_sirab_01

“Azərbaycan Soçi görüşünə gedərkən qarşısına qoyduğu bütün məqsədlərinə nail oldu. Son zamanlar rəsmi Bakını narahat edən bütün həll edilməmiş məsələlərdə Vladimir Putinin timsalında Rusiyanın dəstəyini aldı”.

Bunu “Report”un Rusiya bürosuna Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş görüşü şərh edərkən bildirib.

“Soçidə açıq şəkildə bəyan edildi ki, Rusiya bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü, habelə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarda əks olunan siyasi prosesi birmənalı şəkildə dəstəkləyəcək. Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin həllində əsas subyekt olduğunu aydın şəkildə nümayiş etdirdi”, – o deyib.

Rusiyalı ekspert sərhədlərin demarkasiya və delimitasiyasının qaçılmaz proses olduğu qənaətindədir: “Revanş tərəfdarlarının müxtəlif maneələrinə baxmayaraq, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə şərait yaradacaq sərhədlərin müəyyən edilməsindən sonra Azərbaycan və Ermənistan arasında sülh əldə olunacaq”.

A.Perenciyev Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsinin vaxt məsələsi olduğu qeyd edib. Onun sözlərinə görə, Rusiya vasitəçi olaraq bu prosesi sona çatdırmaq üçün əlindən gələni edir: “Ermənistan rəhbərliyi bu istiqamətdə hərəkət edəcək və üzərinə götürmüş olduğu bütün öhdəlikləri yerinə yetirəcək”.

Ekspertin fikrincə, xeyli xarici oyunçu Rusiya və Azərbaycanın arasını vurmağa çalışsa da, Əliyev və Putin təxribatlara uymadılar: “Soçi görüşündə ölkə liderləri bir daha təsdiq etdilər ki, rəsmi Bakı ilə Moskva arasında əlaqələr yalnız möhkəmlənəcək və inkişaf edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki