image-17backend

Ali Radanın deputatı: “Azərbaycan ərazisində sülhün bərqarar olması üçün istənilən danışıqları dəstəkləyirik”

image-reklam_sirab_01

“Biz Azərbaycanda və Azərbaycanla bağlı baş verən bütün hadisələr barədə məlumatlıyıq, izləyirik. Bu, hər addımda Azərbaycanı dəstəkləmək məqsədi daşıyır”.

Bunu “Reportun” Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” Partiyasından deputatı İrina Allahverdiyeva bildirib.

O deyib ki, ötən il Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bundan sonrakı dövrdə buna qarşı atılan istənilən addım təxribatdır: “Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir. Çünki, bu məsələ bizim də ağrılı yerimizdir. Əminəm ki, biz gələcəkdə də Azərbaycan tərəfinə dəstək və kömək göstərməkdə davam edəcəyik. Hesab edirəm ki, hərbi əməliyyatların dayandırılmasında Azərbaycanın yanındayıq, lazımı dəstəyə hazırıq”.

Deputat bildirib ki, Azərbaycan ərazisində hərbi əməliyyatların dayandırılması və sülhün bərqərar olması üçün istənilən danışıqları dəstəkləyirlər: “Yetər ki, insanlar artıq müharibsiz yaşasın, nəzərdə tutulan yeni kommunikasiyalar tezliklə açılsın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki