image-9688022a-c0ff-3a52-9da7-6fc7ced08dfc_850backend

Almaniya kansleri: “Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.

Bu barədə “ZEIT” nəşri yazıb.

Kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq.

“Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki