image-d02ca60d-9fdb-31c8-8301-1944f0f2f6f3_850backend

Almaniya karantin qaydalarını sərtləşdirir

image-reklam_sirab_01

Almaniya hakimiyyəti yenidən koronavirusa pandemiyası səbəbindən karantin qaydalarını sərtləşdirmək niyyətindədir.

oktyabrın 1-dən bütün ölkə üzrə uzun məsafəli təyyarə və qatarların sərnişinlərindən qoruyucu maska ​​taxmaq tələb olunacaq.

Məlumata görə, tibb müəssisələrində təkcə maskalar yox, həm də peyvənd sertifikatı tələb olunacaq.

Federal Səhiyyə Nazirliyi qeyd edib ki, əyalət hökumətləri öz mülahizələrinə əsasən, yerlərdəki vəziyyətdən asılı olaraq əlavə tələblər tətbiq edə bilər – məsələn, bələdiyyə nəqliyyatında və restoranlarda maskalar, ictimai tədbirlərdə sosial məsafənin qaytarılması.

Qeyd edək ki, Almaniyada bir neçə həftə əvvəl əsasən yaşlılar arasında koronavirusdan ölüm hallarında yeni artım qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki