image-38ace787-0979-3bb0-b3ec-b7ae72d37304_850backend

Almaniya Polşanı Odra çayını civə duzları ilə zəhərləməkdə ittiham edib

image-reklam_sirab_01

Almaniya hakimiyyəti Polşanı sərhəddəki Odra çayında civə aşkar etdikdən sonra böyük ekoloji fəlakətdə günahkar olduğunu düşünür.

Bu barədə Almaniyanın “rbb24” telekanalı məlumat yayıb.

Brandenburqun ətraf mühit naziri Aksel Vogel ekoloji fəlakətin səbəbkarı suda həll olunan civə duzlarını adlandırıb.Onun sözlərinə görə, civə duzlarını çaya necə düşdüyü məlum deyil:

“İndi könüllülər tonlarla ölü balığı çaydan çıxarırlar. Bundan başqa, Almaniyanın fövqəladə hallar xidmətinin nümayəndələri də hadisə yerindədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki