image-a8b7239a-b6c1-30d1-8f79-52b2630673e5_850backend

Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək

image-reklam_sirab_01

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin dövlət dəfn mərasimində iştirak edəcək.

Bu barədə bazar günü Almaniya dövlət başçısının nümayəndəsi DPA-ya bildirib.

Onun sözlərinə görə, Ştaynmayer sentyabrın 19-da Böyük Britaniyanın paytaxtında Vestminster Abbeyində keçiriləcək dəfn mərasiminə qatılacaq.

Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki