image-camaleddinbackend

Almas İldırım necə islamofob oldu?

image-reklam_sirab_01

Arazdan cənubdakı siyasi-inzibari əraziyə aid KİV-lərdə Azərbaycanla bağlı yazıların az qala hər ikisindən biri bizdə olmayan islamofobiya, şiəsizləşdirmə (deşiizasiya) siyasətindən bəhs edir. Yazıların içinə mütləq Brenda Şafferin fotoları əlavə edilir, o, multikulturalizmin təşəbbüsçüsü elan olunur, az qala qeyri-adi dini cərəyan hesab etdikləri multikulturalizmlə sionizm arasında bərabərlik işarəsi də qoyulur.

Mərhum Arye Qutun “islamofob fəaliyyəti” , onun guya Azərbaycanda Prezident müşaviri olması haqda yalanlar ölümündən 3 ay sonra belə davam edirdi. Nəhayət ki, bir ağıllısı tapılıb Aryenin həyatda olmadığını fərq etdi, tezisləri yenilədilər.

Belə absurd qara PR nümunələrindən birinin linkini əlavə edirəm. Orta məktəblərdən birində məktəbli qızın istiqlal şairimiz Almas İldırımın “Əsir Azərbaycan” şeirini deklamasiya etməsi islamofobiyaya sübut kimi təqdim olunur. Buna səbəb isə şeirdə “Könlümə tək Kəbə etdim səni mən, Sənsiz neynim Allahı mən, dini mən?!” misraları imiş.

Bu qeydləri hazırlarkən apardığım kiçik araşdırma nəticəsində bəlli oldu ki, bizdə də hansısa ədəbiyyat müəllim belə zehniyyət daşıyıcısı imiş və tənqidçi, dəyərli dostumuz Əsəd Cahangir o mövzuda izahedici yazı da yazıbmış.

O cahil ədəbiyyat müəllimindən fərqli olaraq Arazdan cənubdakı təbliğatçılar ədəbiyyatın, ədəbiyyatda obrazlılığın, bədii ifadə vasitələrinin və s. nə olduğunu, Şərq ədəbi ənənəsində bunun yüzlərlə nümunəsi olduğunu bilməmiş deyillər. Sadəcə, İranda yaşayan azərbaycandilli kütlələri “Bakı Respublikası”nın dindən uzaqlaşdığına inandırmaq üçün hər hansı bəhanə lazımdır . 90-cı illərdə cənubi azərbaycanlı dissidentllər arasında da populyar olan şeirin seçilməsi həm də milli vətənpərvər poeziyanın gözdən salınmasıdır. Nəhayət, yazı İran təbliğat maşınının nə qədər absurd, mənasız ittihamlar üzərində qurulmasına, amma buna rəğmən ünvanlandığı auditoriyanın fərqliliyi üzündən uğur qazana bilməsinə bir sübutdur.

http://https://wisgoon.com/pin/49314613/

Cəmaləddin Quliyev

Xüsusi olaraq 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image