image-3backend

Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlandı

image-reklam_sirab_01

Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.

Vətəninfo.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, təcili tibbi yardım avtomobilində olan dərman çantasında yer alan dərmanların yeni siyahısı hazırlanıb.

Müşavir qeyd edib ki, ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək:

“Ambulanslar və çantalar ölkə üzrə vahid standartlar üzrə komplektləşdiriləcək. Personalın xüsusilə müasir və yeni alınmış cihaz və avadanlıqları, xərək sistemlərini istifadə etmək bacarıqları diqqət mərkəzində saxlanılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image