image-177b0f2a-bb36-3d62-995e-3a0fcc8f3eb6_850backend

“Amnesty International” yaradıcılarından biri qərəzli hesabatdan sonra istefa verib

image-reklam_sirab_01

“Amnesty International” təşkilatının isveçli həmtəsisçisi Per Vestberq Ukrayna silahlı qüvvələrini ittiham edən mübahisəli hesabatla razılaşmadığından təşkilatı tərk edib.

“Mən altmış ilə yaxındır ki, təşkilatın üzvüyəm. “Amnesty International”ın Ukrayna müharibəsi ilə bağlı bəyanatlarına görə təşkilatla çoxdankı və səmərəli əməkdaşlığımı ürək ağrısı ilə dayandırıram”, – Vestberq deyib.

O, 1963-cü ildə təşkilatın İsveç bölməsinin yaradıcısı olub.

Qeyd edək ki, avqustun 4-də “Amnesty İnternational” insan haqları təşkilatı Ukrayna ilə bağlı qərəzli hesabatını yayıb. Hesabatda iddia olunur ki, Ukrayna hərbçiləri guya yaşayış məntəqələrində, xəstəxanalarda, məktəblərdə və taxıl anbarlarının yaxınlığında bazalar yaradaraq dinc əhali üçün təhlükə törədir.

Hesabat Ukrayna rəsmiləri və bir sıra beynəlxalq təşkilatlar, hətta ölkələr tərəfindən tənqidlə qarşılanıb.

Təşkilatın Ukrayna ofisinin direktoru Oksana Pokalçuk Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamlar dərc edildikdən sonra qurumdakı vəzifəsindən istefa verib.

“Amnesty İnternational” sonra Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı qərəzli hesabatına görə üzr istəyib.

Xatırladaq ki, bu, təşkilatın ilk qərəzli hesabatı deyil. “Amnesty International” daha əvvəl də Azərbaycana qarşı qərəzli hesabatlar yayıb. Qurum xüsusən ikinci Qarabağ müharibəsi ilə bağlı birərəfli hesabat dərc edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki