image-73backend

Amnistiya Aktı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub

image-reklam_sirab_01

“8 – Noyabr Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub”.

Vətəninfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 7 nəfərə şamil edilib: “Həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər: “Onlardan 6 nəfəri azadlığa buraxılıb, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq”.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki