image-48backend

ANAMA sədri ABŞ diplomatı ilə ərazilərin minalardan təmizlənməsi məsələsini müzakirə edib

image-reklam_sirab_01

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson arasında görüş olub.

Veteninfo.az-ın xəbərinə görə, amerikalı diplomata Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən minatəmizləmə əməliyyatları, planlaşdırılan layihələr barədə məlumat verilib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer də iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki