image-anarbackend

Anar Məmmədov: Ölkəmiz sosial – iqtisadi inkişaf göstəricilərini ciddi şəkildə yaxşılaşdırmağa nail olub

image-reklam_sirab_01

“Son 19 ildə ölkəmiz sosial – iqtisadi inkişaf göstəricilərini ciddi şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan 2022-ci ilin birinci rübü də istisna təşkil etməyib. Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Prezident İlham Əliyev ictimaiyyətin diqqətinə çatdırdı ki, məğlub ölkə olan Ermənistan qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, indi əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və bu sahədə öz töhfəsini verə bilən istənilən təşkilat qəbulediləndir. Bu baxımdan Avropa İttifaqının sərgilədiyi mövqe təqdir edilməlidir. Çünki müharibədən sonra bu təşkilatla münasibətlər, təmaslar daha intensiv xarakter alıb”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır və Prezidentin də söylədiyi kimi, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.  Çünki hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir. Belə ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycanın geri qaytarılan ərazilərində bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır.

“Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.Ötən il ərzində Horadizdən Şuşayadək 101 kilometr uzunluğunda Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyalarının istifadəyə verilməsi, bu il isə Zəngilan Beynəlxalq Hava Limanının, Ağdam, Şuşa və Cəbrayıl daxil olmaqla 3 məktəbin və dörd xəstəxananın, həmçinin Şuşa şəhərində və Cəbrayılda xəstəxananın, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradır. Ötən müddət ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Ölkə başçısının da dediyi kimi, biz Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”,-deyə A.Məmmədov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki