image-1643708348_1015981backend

Anardan Nanə ilə bağlı daha bir AÇIQLAMA

image-reklam_sirab_01

Stilist Anar Ağakişiyev ATV kanalındakı fəaliyyətinə son qoyub.

Onun kanalla yollarını ayırmasına səbəb aparıcı Nanə Ağamalıyeva ilə çalışmaq istəməməsi olub. Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib.

“Unikal” xəbər verir ki, Anar axşam.az-a bununla bağlı açıqlama verib. O bildirib ki, aparıcı tərəfindən qarşılaşdığı hörmətsizliyi qəbul etməyib:

“Çalışdığı kanalda insanların 90 faizi onunla danışmır. Heç kim qapısını döymək istəmir. İclasa gəlmir. Saymazlıq edir. Əməkdaşımıza hücum edib. Bundan əvvəl də onun dəfələrlə çalışdığı kanalda işçilərə o cür davranışları haqda xəbər yayılmışdı. Bu hörmətsizliyi gördüm və işə son qoydum”.

Qeyd edək ki, Nanə Ağamalıyevanın bir müddət əvvəl ATV-dən getdiyi xəbəri yayılmışdı. Buna səbəb kimi Anar Ağakişiyevin orada çalışmağa başlaması göstərilmişdi. Hazırda Nanə kanalda verilişini aparmağa davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image