image-10backend

Angela Merkel siyasətdən gedir

image-reklam_sirab_01

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel vəzifəsindən getdikdən sonra daha siyasətlə məşğul olmaq niyyətində olmadığını təsdiqləyib.

Veteninfo.az xəbər verir ki, o, bu barədə “Deutsche Welle” tərəfindən dərc olunan müsahibəsində bildirib.

“O ki qaldı mən nə edəcəyəm sualına. Mən daha siyasətlə məşğul olmayacağam. Əvvəlcə bir az dincələcəyəm, sonra görək ağlıma nə gələcək. Növbə ilə oxuyub yatacam”, – deyə Merkel bildirib.

Angela Merkel danışıqlarda, o cümlədən dost ölkələrin hökumət başçıları ilə danışıqlarda Almaniyanın maraqlarını rəhbər tutduğunu vurğulayıb: “Ancaq əlbəttə ki, bizi ümumi dəyərlər sistemi, demokratiyaya ümumi baxış birləşdirir. Bununla belə, onu da demək istəyirəm ki, əgər kiminsə dünyaya tamamilə fərqli baxışı varsa, biz yenə də bir-birimizi dinləməliyik. Çünki bir-birimizi dinləməsək, artıq həll yollarını tapa bilməyəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki