image-fa61675b-c43d-3474-8c4e-2a5873d2c5fd_850backend

Antoniu Quttereş Əfqanıstandakı partlayışlardan narahatlığını bildirib

image-reklam_sirab_01

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanda bu ay 250-dən çox insanın ölümü və ya yaralanması ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib.

Bu barədə ümumdünya təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Xaq bəyanatında bildirib.

“BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”, – bəyanatda deyilir.

Qeyd olunur ki, BMT-nin baş katibi avqustun 17-də Kabildə məscidə törədilən son hücumu qətiyyətlə pisləyib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki