image-10backend

AQTA qanunsuz heyvan kəsimi ilə bağlı reyd keçirib

image-reklam_sirab_01

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Daxili İşlər Nazirliyi və yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reyd keçirib.

AQTA-dan “Report”a verilən məlumata görə, reyd zamanı sanitar norma və qaydalara uyğun olmayan şəraitdə, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin heyvan kəsiminin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qeyd olunan məntəqələrin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image