image-2f646fba-5491-4197-9d78-12d112ac2345_850backend

Aralıq dənizində mindən çox miqrant xilas edilib

image-reklam_sirab_01

İtaliya Sahil Mühafizəsinin əməkdaşları Aralıq dənizində Liviya sahillərində üzən balıqçı qayığından 5 cəsəd tapıb və 674 nəfəri xilas edib.

Bu barədə “Associated Press” İtaliya Sahil Mühafizəsinə istinadən xəbər verir.

Bundan əlavə, Avropa xeyriyyə təşkilatları 500-dən çox insanın xilas edildiyini bildirib.

İtaliyanın cənub-qərb sahillərindən 190 kilometr aralıda həyata keçirilən əməliyyat zamanı xilas edilənlərin hamısı Kalabriya və Siciliya limanlarına çatdırılıb. Xilasedicilər tərəfindən meyitləri aşkarlanan 5 nəfərin ölüm səbəbi hələlik məlum deyil.

İtaliya Sahil Mühafizəsi bunun son günlər Aralıq dənizinin mərkəzində İtaliyanın axtarış-xilasetmə zonasında həyata keçirilən silsilə xilasetmə əməliyyatlarından yalnız biri olduğunu bildirib. Bir halda ağır vəziyyətdə olan qadın helikopterlə təxliyə edilməli olub.

Almaniyanın “Sea-Watch” xeyriyyə təşkilatı bir neçə əməliyyatda həddindən artıq dolu qayıqlarla Aralıq dənizini keçməyə çalışan 444 miqrantın xilas edildiyini bildirib.

Avropanın “SOS Mediterannee” xeyriyyə təşkilatı isə bildirib ki, onların “Ocean Viking” xilasetmə gəmisi Liviya sahillərində rezin qayıqdan 87 nəfəri xilas edib. Onlardan 57-si yetkinlik yaşına çatmayanlar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki