image-05175cca-81d6-3045-b951-668531f7fa61_850backend

“Aris” klubunun azarkeşi Bakıya gəlmək üçün maraqlı addım atıb

image-reklam_sirab_01

Kiprin “Aris” klubunun azarkeşlərindən biri Bakıda “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu stadiondan izləmək üçün maraqlı addım atıb.

Fanat bilet pulunu toplamaq məqsədilə həyat yoldaşı ilə birlikdə komandanın qapıçısı Vana Alvesin kartondan hazırladıqları maketini satışa çıxarıb.

Klub azarkeşə fədəkarlığına görə təşəkkür edib.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq “Neftçi” – “Aris” görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” rəqibinə 0:2 hesabı ilə uduzub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki