image-armen-sarkisyan-ermbackend

Armen Sarkisyan: Sabitlik istəyiriksə,danışıqlar aparmaqdan daha yaxşı yol tapa bilməyəcəyik

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanın prezidenti Armen Sarkisyan “Sky News Arabia” telekanalına müsahibəsi zamanı Azərbaycan-Ermənikstan münasibətləri ilə bağlı sualı cavablandırıb.
Armen Sarkisyan bildirib ki, sabitlik vacibdir, lakin bu, təkcə iqtisadiyyat, iqtisadi artım və ya uşaqlarımızın gələcəyi ilə bağlı deyil. Siyasətdə sabitlik də önəmlidir: “Mən bunu iki nöqtədə təqdim edəcəyəm. Əgər praqmatiksənsə, sabitlik istəyirsənsə, o zaman çətin vəziyyətdə danışıqlar aparmaqdan və danışmaqdan daha yaxşı yol tapa bilməyəcəksən. Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədri olan danışıqlar platforması var idi. Təəssüflər olsun ki, o danışıqlar nəticə vermədi, biz müharibə apardıq, bu, ən pis variant idi”. Sarkisyan iddia edib ki, birinci Qarabağ müharibəsi zamanı erməni tərəfi bu qələbəni davamlı sülhə çevirmək(Halbu ki,30 il müddətində işğalı olunan torpaqlardan çıxmamaq üçün bütün danışıqlar prosesini pozmaqda idilər) üçün 30 il səy göstərib.Ancaq o məsələdə uğur olmadı, bütün bunların nəticəsində müharibə oldu, minlərlə gənc həyatını itirdi: “Yeni ildən əvvəl gənc qəhrəmanlarımızın dəfn olunduğu Yerablurda oldum. Bu dünyada ən çətini ata-anasının 18 və 19 yaşlı övladlarının yasını tutduqlarını görməkdir.Danışıqlar, diplomatiya gənclər həyatlarını itirmədən bu problemi həll edə bilərdi. Atəşkəs yaradılıb, tam sülh yoxdur, danışıqlar gedir, bunu Ermənistan tərəfdən hökumət, baş nazir, Azərbaycan tərəfdən Azərbaycan prezidenti aparır, vasitəçi isə Rusiyadır. Ümid edirəm ki, bu danışıqlar nəticəsində biz davamlı və praqmatik sülh əldə edəcəyik”.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki