image-61ee9e3f484fd61ee9e3f484fe164302803161ee9e3f484fb61ee9e3f484fcbackend

AŞPA-nın yeni prezidenti seçildi

image-reklam_sirab_01

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

Veteninfo.az xəbər verir ki, təşkilatın qış sessiyasında hollandiyalı Tini Koksun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.

Qeyd edək ki, ukraynalı deputat Maria Mezentseva da bu vəzifəyə namizəd olsa da yalnız 80 səs toplaya bilib. Koksa isə 164 səs toplayıb.

AŞPA prezidentliyinə növbəti seçkilər 2023-ci ilin yanvarında baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki