image-25backend

Aspirinin koronavirusun müalicəsində faydası aşkarlanıb

image-reklam_sirab_01

Rusiyanın Ural Federal Universitetinin alimləri aspirinin (Asetilsalisilli turşusu-red) COVID-19-un müalicəsində faydalı ola biləcəyini aşkar ediblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Qodnauki.RF” saytında yer alan press-relizdə məlumat verilib.

Məlum olub ki, antipiretik bir neçə virus zülalına bağlanaraq SARS-CoV-2 koronavirusunun aktivliyini potensial olaraq azaldır.

Tədqiqatçılar molekulun başqa molekulun aktiv mərkəzlərinə bağlandığı zaman onun strukturunun modelləşdirilməsindən istifadə ediblər. Qeyd edilir ki, aspirin bir neçə koronavirus zülal molekulu ilə effektiv şəkildə qarşılıqlı əlaqədə olur və ola bilsin, virus hissəciklərinin fəaliyyətini boğur.

Mütəxəssislər həmçinin müxtəlif dərmanlar və virus zülalları arasındakı bağlayıcı enerjiləri müqayisə ediblər.

Araşdırma müəllifləri ümid edirlər ki, nəticələr COVID-19-a qarşı yeni dərmanların hazırlanmasına kömək edəcək və bu, hansı aktiv maddələrin koronavirusa effektiv şəkildə bağlandığını əvvəlcədən təxmin etməyə imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image