image-4b94740d-4f0c-453e-b3f2-d0bb0e8f083dbackend

Aşqabadda keçirilmiş  VI Zirvə Toplantısı

image-reklam_sirab_01

Aşqabadda keçirilmiş  VI Zirvə Toplantısı.

 

2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrənin V Sammiti keçirilib. Burada Xəzər dənizinin hüquqi statusu haqqında, 5 ölkə prezidenti arasında  Konvensiya imzalanmışdır.

Bu Konvensiyanın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Əvvəla dövlətlər arasında əlaqələr möhkəmlənir, mübahisələrə son qoyulur.

Xəzərin dibinin bölüşdürülməsi üçün üç dövlət arasında (Azərbaycan, Türkmənistan, İran) xüsusi sazişlərdə imzalanmışdır.

VI Zirvə Toplantısı isə 29.06.2022-ci il tarixində həmin dövlət başçıları arasında Aşqabadda keçirilmişdir.

Əvvəl dövlət başçıları məhdud tərkibdə görüş keçirib, sonra isə geniş tərkibdə.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Zirvə görüşündə prezident İlham Əliyeva söz verərək ona öz böyük hörmətini və sayğısını vurğulamışdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirmiş, 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb etdiyini, Konvensiyanın tezliklə qüvvəyə minməsi dostluğumuza, əməkdaşlığımıza möhkəm zəmin yaradacağını qeyd etdi.

Burada yeni qarşılıqlı maraq doğuran yeni sahələrdədə sazişlər imzalanıb. Xəzər dənizinin dibinin sərhədləri barəsində ikitərəfli və çoxtərəfli sazişlər bağlanıb. Prezident başqa mühüm məsələlər haqqındada söz açıb. Məsələn, nəqliyyat-logistika infrastrukturunun inkişafı təklifi sürülüb. Və bugün üçün ən vacib olan məsələdən söhbət açıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, beynəlxalq nəqliyyat əlaqələrin inkişafı üzrə görülməyə başlanan işlər haqqında danışıb.

Zirvə Toplantısında çıxış edən digər prezidentlər sammitin dəyərini vurğuladılar.

 

 

Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi

Cəfərova Leyla.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki