image-54backend

“AstraZeneca” “Omikron” ştamına qarşı vaksin anticisimlərini sınaqdan keçirir

image-reklam_sirab_01

“AstraZeneca” koronavirusun yeni “Omikron” ştamına qarşı uzunmüddətli AZD7442 anticisim kombinasiyasını sınaqdan keçirir.

Vətəninfo.az “AstraZeneca”ya istinadən xəbər verir ki, AZD7442 virusa qarşı müxtəlif və bir-birini tamamlayan 2 növ güclü anticismə malik olduğundan effektivliyini saxlayacaq.

Həm 60 min nəfərin iştirakı ilə keçirilmiş kliniki sınaqlar, həm də 170-dən çox ölkədə 100 minlərlə insanın real məlumatları əsasında sübut olunub ki, “Vaxzevria” “SARS-CoV-2” və COVID-19-un narahatlıq yaradan bütün variantlarına qarşı effektivliyə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

İndiyədək bir çox ölkələrdə, o cümlədən Böyük Britaniyada, Niderlandda, Kanadada, Danimarkada, Almaniyada, Belçikada, Çex Respublikasında, İtaliyada və digər ölkələrdə “Omikron” ştamına yoluxma aşkarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image